Ərəblər Türkiyədə "Babək" serialının çəkilişini - DAYANDIRDI + FOTO

Türkiyənin film şirkəti “Bozdağ Film” “Babək” serialını çəkmək fikrindən daşınıb.

Jul 10, 2025 - 13:36
Ərəblər Türkiyədə "Babək" serialının çəkilişini - DAYANDIRDI + FOTO

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayım haqqını “Tabi” rəqəmsal platformasının aldığı serialın aktyor seçimləri ərəblərin etirazına görə dayandırılıb.

Qeyd edək ki, “Bozdağ Film” may ayında serial üçün yay boyunca aktyor seçimləri olacağını elan etmişdi:

“Yeni bir dövr serialı gəlir. Serial Azərbaycan türklərinin Xalq qəhrəmanı Babəkin həyatını və ərəb işğallarına qarşı mübarizəsini əks etdirəcək”.

Qeyd edək ki, serialın 2026-cı ilin fevralında ekranlara çıxması planlaşdırılırdı.

Banu