Ərdoğan əlini öpən kişiyə 8 manat verdi - Tənqid olundu + VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Aydın şəhərinə səfəri maraqlı anlarla yadda qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, xəstəxana və yaşayış binasının açılışına qatılan Ərdoğanın mərasimdəki davranışı tənqidlərə səbəb olub.
Belə ki, mərasimdə dövlət başçısına yaxınlaşan məktəbli qız onun əlini öpüb. Daha sonra isə məktəblinin atası da prezidentin əlini öpüb. Ərdoğan onların bu jestinə qarşılıq olaraq onlara 200 lirə (8 manat-red) verib.
Sosial mediada və mətbuatda dövlət başçısının bu davranışı müzakirərlərə səbəb olub. Bəziləri baş verənləri "səmimi anlar" kimi dəyərləndirsə də, bir çox istifadəçilər verilən xərclik məbləğinin azlığına görə Ərdoğanı qınayıb.
Oğuz