Qazaxıstanlı uşaqlar Ərdoğanı “Dombra” ilə qarşıladılar – ANBAAN VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Qazaxıstana səfər edib.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə prezidentini və birinci xanım Əminə Ərdoğanı Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Qarşılanma mərasimi maraqlı anlarla yadda qalıb.
Nursultan Nazarbayev Hava Limanında R.T. Ərdoğanı uşaq ansamblı “Ata yurdunuza xoşgəldiniz” deyərək salamlayıb. Onlar Türkiyə prezidenti üçün “Dombra” mahnısını ifa ediblər.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana iki günlük (13-14 may) səfər edib. O, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.
Banu
Посмотреть эту публикацию в Instagram