Paşinyan göbələyə görə özündən çıxdı - “İndi qorxudan dizləri əsir”
Ermənistanın baş naziri Nikol Paşinyanla tanınmış iş adamı, partiya sədri Samvel Karapetyan arasında qalmaqal böyüyür.
SAVASHMEDİA.az Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan “Güclü Ermənistan” partiyasının lideri Karapetyanı məhkəməyə verib.
İddianın səbəbi sahibkarın səsləndirdiyi qalmaqallı ittiham olub. Karapetyan baş nazirin Çindən Ermənistana külli miqdarda - təxminən bir ton halüsinogen göbələk gətirdiyini iddia edib.
Paşinyan isə bu açıqlamalara sərt reaksiya verərək Karapetyanın geri addım atdığını bildirib.
“Belə məsuliyyətsiz danışmaq olar? Bu, ciddi adamın sözüdür? Məhkəməyə müraciət edəcəyimi deyən kimi dizləri əsməyə başladı ki, guya mən elə deməmişəm, başqa cür başa düşülüb”, - Ermənistan lideri qeyd edib.
Xatırladaq ki, halüsinogen göbələk — tərkibində psixoaktiv maddələr olan, insanın şüuruna və qavrayışına təsir göstərən göbələk növüdür. Bu göbələklər qəbul edildikdə hallüsinasiyalar, reallıq hissinin dəyişməsi, görmə və eşitmə pozuntuları yarada bilir.
Bir çox ölkədə onların istifadəsi və dövriyyəsi qanunla qadağandır və narkotik maddə kimi qiymətləndirilir.
Oğuz