Tramp Çində nə yedi? - MENYU

ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında keçirilən danışıqların ilk günü xüsusi şam yeməyi ilə yekunlaşıb.

May 14, 2026 - 20:13
Tramp Çində nə yedi? - MENYU

SAVASHMEDİA.az xəbər verir ki, Donald Trump və Si Cinpin üçün təşkil olunan ziyafət barədə məlumatı “The Guardian” yayıb.

Menyuda lobsterli pomidor şorbası, Pekin ördəyi, xırtıldayan mal əti qabırğaları və mövsümi tərəvəzlər yer alıb. Qonaqlara həmçinin zəif odda bişirilmiş qızılbalıq, donuz əti ilə bulka və müxtəlif desertlər təqdim olunub.

Mətbuatın diqqət çəkdiyi məqamlardan biri Trampın adətən fast-fooda üstünlük verməsi fonunda bu cür “nəfis menyu” ilə qarşılaşması olub.

Qeyd edək ki, Tramp səfəri “əla” adlandırıb və Çini “inanılmaz və gözəl ölkə” kimi xarakterizə edib.

Oğuz