Rusiya raketinin qalıqları nümayiş etdirildi – FOTO
“CNN” telekanalı Rusiya qoşunlarının noyabrın 21-də Dnepr şəhərinə zərbələr endirərkən istifadə etdiyi raketin qalıqlarını əks etdirən fotoları nümayiş etdirib.
SAVASHMEDİA.az xəbər verir ki, “CNN” bu fotoları Ukraynanın təhlükəsizlik qüvvələrindəki mənbədən əldə etdiyini bildirib.
“CNN” qeyd edib ki, 1000 gündən çox davam edən müharibədə Moskva ilk dəfə Ukraynaya qitələrarası ballistik raket (ICBM) atıb.
Mənbə bildirib ki, fotoşəkildə göstərilən fraqmentlər mütləq eyni raketə aid deyil.
Vladimir Putin cümə axşamı çıxışında bildirib ki, noyabrın 21-də Dnepr səhərinə hücumu zamanı ordusu “Oreşnik” orta mənzilli raketdən istifadə edib.
Birləşmiş Ştatlar rəsmi şəkildə təsdiqləyib ki, Rusiya noyabrın 21-i səhər saatlarında RS-26 “Rubej” qitələrarası ballistik raketinin bazasında yaradılmış ballistik raketlə Dnepri vurub.
Xatirə SADİQ