Albaniyada Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi müzakirə olunacaq 

Avropa liderləri Kreml rəhbəri Vladimir Putinin İstanbula danışıqlara gəlməməsindən sonra ona təzyiqləri artırmaq istəyirlər.

May 16, 2025 - 15:26
Albaniyada Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi müzakirə olunacaq 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politcio” nəşri yazıb. 

Nəşrin yazdığına görə, Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçiriləcək sammiti çərçivəsində qitə liderlərinin qeyri-rəsmi görüşündə Moskvaya qarşı sanksiyaların kəskin şəkildə sərtləşdirilməsi müzakirə olunacaq.

İclasda Rusiya idxalına tətbiq edilən rüsumlar müzakirə olunacaq. Avropa İttifaqı (Aİ) tariflərinin tətbiqi əvvəllər Macarıstanın vetosundan yan keçmək üçün bir seçim kimi nəzərdən keçirilirdi, çünki bu, yekdil qərar tələb etmir.

Bundan əlavə, İstanbul danışıqları öncəsi adı açıqlanmayan yüksək rütbəli britaniyalı məmur xəbərdarlıq edib ki, onların uğursuz olacağı təqdirdə, söhbət çox güman ki, Kiyevdə şənbə günü danışıldığı kimi sanksiyalar və ölkələriin daha sərt sanksiyaların tətbiqi üçün necə bir araya gətirilə biləcəyi ətrafında gedəcək.

Xatirə SADIQ