Cənubi Koreyada hərbi vəziyyət elan olundu

Cənubi Koreya prezidenti Yun Sok Yel ölkəsində hərbi vəziyyət elan edib.

Dec 3, 2024 - 18:25
Cənubi Koreyada hərbi vəziyyət elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığına və xoşbəxtliyinə, konstitusiya quruluşuna qəsd edən vicdansız Şimali Koreyayönlü antidövlət qüvvələrinin dərhal kökünü kəsmək üçün hərbi vəziyyət elan edirəm”, - deyə prezident xalqa müraciətində bildirib. 

Bundan öncə o, hökumətin fövqəladə iclası zamanı ona qarşı impiçment prosesinin aparılması cəhdləri barədə məlumat vermişdi. 

Xatirə SADİQ