Trampın prezident seçilməsi Almaniyaya zərbə olacaq - MARAQLI SƏBƏB
ABŞ prezidentliyinə namizəd Donald Tramp ticarət əlaqələri kontekstində Avropa İttifaqını (Aİ) “mini Çin” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “AFR” məlumat yayıb.
Tramp qeyd edib ki, Aİ ABŞ-nin maşınlarını, kənd təsərrüfatı məhsullarını almır.
“Onlar heç nəyi qəbul etmirlər. Sizin Aİ ilə 312 milyard dollarlıq kəsiriniz var. Aİ baxmayaraq ki, o qədər də kiçik deyil – bu, mini Çindir”, - Tramp vurğulayıb.
Aİ-nin “Eurostat” statistika agentliyinin məlumatına görə, ötən il ABŞ-nin Aİ ilə mal ticarəti kəsiri 157,9 milyard avro təşkil edib, bu da 170,54 milyard dollara bərabərdir.
Avropada hesab edirlər ki, Trampın prezident seçkilərində qalib gəlməsi, xüsusilə ABŞ və Aİ arasında ticarət müharibəsinə başlaması Almaniya iqtisadiyyatına ciddi zərbə ola bilər.
Tramp demək olar ki, bütün idxala 10%-dən 20%-ə qədər ümumi tariflər tətbiq etməyi, eləcə də Çin mallarına rüsumları 60 % və ya daha çox yüksəltməyi planlaşdırır. Onun sözlərinə görə, bu cür tədbirlər ABŞ-də istehsalın artmasına kömək edəcək.
Brüsselin yayda hesablamalarına görə, bu cür tariflər Aİ-yə ildə 150 milyard avroya qədər itki gətirə bilər.
Xatirə SADİQ