Putin kompromislərə hazır olduğunu açıqladı - “Utanmadan və açıq deyirəm…”

“Rusiya Ukraynadakı münaqişənin həlli məsələlərində ağlabatan kompromislərə hazırdır”.

Oct 25, 2024 - 13:59
Putin kompromislərə hazır olduğunu açıqladı - “Utanmadan və açıq deyirəm…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.

“Biz kompromislər axtarmağa hazırıq, bu ağlabatan kompromisləri etməyə hazırıq. Amma indi təfərrüatlara varmaq istəmirəm, çünki danışıqlar yoxdur, axı qarşı tərəf bundan imtina edir”, - o, bildirib.

Putin onu da qeyd edib ki, söhbət güzəştlərdən və mübadilələrdən getmir: “Nəticə Rusiyanın xeyrinə olmalıdır, heç nədən utanmadan açıq deyirəm və danışıqlar döyüş meydanında yaranan reallıqlara əsaslanmalıdır. Şübhəsiz ki, biz burada heç bir güzəştə getməyəcəyik, heç bir mübadilə olmayacaq”.

Xatırladaq ki, Rusiya Donbass, Zaporojye və Xerson vilayətləri üzərində suverenliyin tanınmasını, Ukrayna qoşunlarının oradan çıxarılmasını və Ukraynanın NATO-ya üzv olmaqdan rəsmi olaraq imtina etməsini israrla tələb edir. Putin deyib ki, bu, dərhal hərbi əməliyyatları dayandırmağa və insan həyatını xilas etməyə imkan verəcək. 

Kiyev bu cür şərtlərlə danışıqlara getməkdən imtina edir.

Xatirə SADİQ