"Balta deyildi, "iqruşka" idi" - Ağadadaş Ağayev zərərçəkmişin vəkilini güldürdü
Məlum olduğu kimi bu gün Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda müğənni sərbəst ifadə verib.
Xalq artistinin sualları cavablandırarkən dediyi sözlər isə zalda gülüşə səbəb olub.
Qafqazinfo-nun yazdığına görə, o silah qismində istifadə etdiyi əşyanın əslində oyuncaq olduğunu deyib:
“Əlimdəki ətdoğrayan balta deyildi, “iqruşka” idi. Onu mühafizəçiyə atdım ki, məndən əl çəksin”.
Müğənninin son dedikləri zərərçəkmiş xadimənin vəkili Gülşən Salmanovanı güldürüb. Vəkil əşyanın əsl balta olduğunun təsdiq edildiyini bildirib.
Proses dekabrın 17-si zərərçəkənlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.