Çindən ABŞ-yə YENİ QADAĞA

Çin hakimiyyəti potensial hərbi istifadəyə malik ola biləcək bir sıra materialların ABŞ-yə ixracına birbaşa qadağa qoyub.

Dec 3, 2024 - 17:53
Çindən ABŞ-yə YENİ QADAĞA

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.

Beləliklə, qallium, germanium, sürmə və superbərk materiallar qadağan edilmiş materiallar siyahısına düşüb. Bu materiallar yarımkeçirici komponentlərin istehsalı üçün xüsusilə vacibdir.

Pekinin milli təhlükəsizlik və maraqları qorumağa çalışan və dərhal qüvvəyə minən ikili təyinatlı mallara dair direktivi ABŞ-yə tədarük edilən qrafit məhsullarına daha sərt yekun istifadə nəzarətini tələb edir.

“Reuters” qeyd edir ki, yeni anti-Amerika sanksiyaları Pekinin keçən ildən tədricən tətbiq etdiyi mineralların ixracına məhdudiyyətləri gücləndirir. Onlar ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın bütün Çin idxalına əlavə 10 faiz rüsum tətbiq etmək hədəsindən sonra meydana çıxıb.

Xatirə SADİQ