Kreml səfirin ABŞ-dən geri qayıtmasına təmkinlə yanaşdı

"ABŞ-də səfir kimi fəaliyyətini başa vuran Anatoli Antonovun Rusiyaya qayıtması ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi demək deyil”.

Oct 7, 2024 - 15:58
Kreml səfirin ABŞ-dən geri qayıtmasına təmkinlə yanaşdı

SAVASHMEDİA.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, əlavə edib ki, yeni səfir vaxtında təyin olunacaq.

Qeyd edək ki, səfirin varisinin adı hələ açıqlanmayıb. Antonovu ölkəyə qaytaran xüsusi reys oktyabrın 6-da Moskvanın Vnukovo-2 hava limanına enib.

69 yaşlı Antonov 2017-ci ilin avqustundan Rusiyanın ABŞ-dəki diplomatik missiyasına rəhbərlik edirdi. “Reuters” onu “hələ də kompromislər tapmağa qadir qırğı” adlandırırdı.

Xatirə SADİQ