“Bunu həftələr sonra biləcəyik” - Rubio təsəlli verdi

“Rusiyanın sülhə hazır olub-olmadığını aylar yox, həftələr ərzində biləcəyik”.

Apr 4, 2025 - 16:13
“Bunu həftələr sonra biləcəyik” - Rubio təsəlli verdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Brüsseldə keçirdiyi brifinqdə deyib.

“Əgər hər iki tərəf razılaşarsa, bu müharibəni hər iki tərəf üçün məqbul olan şərtlərlə başa çatdırmaq olar. Biz indi bu şərtləri tapmaq prosesindəyik. Və biz tezliklə –  aylar yox, həftələr sonra – Rusiyanın sülhə hazır olub-olmadığını biləcəyik. Əgər belədirsə, biz müharibəni bitirə bilərik”, - deyə dövlət katibi vurğulayıb. 

O, qeyd edib ki, Ukrayna atəşkəsə hazır olduğunu nümayiş etdirib, indi Rusiya sülhə hazır olub-olmadığına qərar verməlidir.

“Ümid edirəm ki, onlar hazırdırlar və bu, yaxşı olacaq”, deyə dövlət katibi yekunlaşdırıb.

Xatirə SADİQ