Marko Rubio avropalı həmkarını hansı məsələdə əmin edib?

ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarı Kaya Kallası əmin edib ki, ölkəsi Ukraynanın maraqlarına və “qırmızı xət”lərinə zidd olan məsələlərdə Rusiyaya güzəştlərə getməyəcək.

Apr 4, 2025 - 16:17
Marko Rubio avropalı həmkarını hansı məsələdə əmin edib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

“Qeyd edildi ki, Ukraynasız Ukrayna ilə bağlı heç nə və təbii ki, Ukrayna və Avropa müzakirə olunanlara razılığını verməlidir. Çünki bütün bunlar Avropada baş verir. Beləliklə, bəli, o, bizə bu barədə təminat verdi”, - deyə Brüsseldə NATO nazirlərinin görüşündə iştirak edən Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Xatirə SADİQ