Niderland hökuməti Zelenskini Haaqadakı sammitdə görmək istəyir

Niderland hökuməti Ukrayna prezidenti Vladimir Zelenskini aprelin 24-26-da Haaqada keçiriləcək NATO sammitində görəcəyini güman edir.

Apr 4, 2025 - 16:29
Niderland hökuməti Zelenskini Haaqadakı sammitdə görmək istəyir

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Brüsseldəki görüşdən sonra deyib.
 
Veldkampın fikrincə, Zelenski NATO-nun Haaqa sammitində iştiraka dəvət olunacaq, lakin bu tədbirin mümkün nəticələrini müzakirə etmək hələ tezdir. Çünki Rusiya ilə müvəqqəti atəşkəs rejiminin yaradılması ilə bağlı danışıqlar hələ də davam edir.

“Təsəvvür edə bilərəm ki, nə vaxtsa bizim hamımızın səbri tükənəcək. Rusiya bu danışıqlarda vaxtı uzatdığına görə amerikalıların da səbri tükənəcək. Biz bunu Qara dənizdə atəşkəs danışıqlarında gördük. Onlar (Rusiya) sadəcə vaxtı gecikdirmək taktikası kimi sənədlərə hər cür əlavə elementlər sırıyırlar. Dünən danışıqlar masası arxasında biz bunu çox yaxşı anlayırdıq. Biz hesab edirik ki, indi Rusiyaya daha çox təzyiq göstərməliyik və maksimak şəkildə Ukraynanı dəstəkləməliyik”, - deyə niderlandlı nazir deyib.

Xatirə SADİQ