“Hizbullah”ən dronları İsraildə 67 nəfəri yaraladı
Livana məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində İsrailin şimalındakı Binyamin şəhəri yaxınlığında onlarla insan yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Nəşr yazıb ki, bazar günü “Hizbullah” İsrailə doğru üç PUA buraxıb, lakin onlardan biri İsrail ərazisinin dərinliklərinə nüfuz edərək Binyamin bölgəsinə düşüb.
Hava hücumu siqnalı işə düşməyib. Nəticədə 67 nəfər yaralanıb, onlardan 4-ü kritik, 5-i isə ağırdır, 14 nəfər yüngül yaralansa da, xəstəxanaya yerləşdirilib, 20 nəfər yüngül yaralının isə buna ehtiyacı olmayıb.
Xatirə SADİQ