Bu missiyanı NATO öz üzərinə götürdü – “Ukrayna və NATO üçün yaxşı gündür”

Qərbin Ukraynaya hərbi yardımının koordinasiyasını NATO öz üzərinə götürüb.

Dec 18, 2024 - 12:26
Bu missiyanı NATO öz üzərinə götürdü – “Ukrayna və NATO üçün yaxşı gündür”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Bu missiya NATO-nun Ukraynanın Təhlükəsizliyinə Yardım və Hazırlıq (NSATU) adlanır. Onun qərargahı Almaniyanın Visbaden şəhərindəki ABŞ-nin hərbi bazası olan general Kley adına kazarmalarda yerləşir. 

Vəziyyətlə tanış olan mənbə Reuters-ə bildirib ki, missiya artıq tam fəaliyyət göstərir.

NATO-nun SHAPE hərbi komandanlığı bildirib ki, Ukraynadakı missiya əvvəllər ABŞ və beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilən funksiyaları öz üzərinə götürməyə başlayır.

“NSATU-nun işi Ukraynanın mövqeyini gücləndirməyə, həm Avropada, həm də Şimali Amerikada bir milyard insanın təhlükəsizliyini və rifahını təmin etmək üçün NATO-nun mövqeyini gücləndirməyə yönəlib. Bu, Ukrayna üçün, NATO üçün yaxşı gündür”, - deyə ABŞ ordusunun generalı, Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı Kristofer C. Kavoli deyib.

NSATU-nun əməkdaşlarının sayı təxminən 700 nəfər təşkil edəcək. Buraya NATO-nun Belçikadakı SHAPE mənzil-qərargahında, Polşa və Rumıniyadakı logistika mərkəzlərində yerləşdirilmiş qoşunların da daxil ediləcəyi gözlənilir.

Qeyd edək ki, indiyədək Kiyevə hərbi tədarüklərin koordinasiyasını ABŞ-nin rəhbərlik etdiyi “Ramstein Group” və 50-yə yaxın ölkədən ibarət müvəqqəti koalisiya həyata keçirirdi. 

Hakimiyyətdən getməkdə olan Co Bayden administrasiyası süçilmiş prezident Donald Trampın Ukraynaya hərbi təchizatı kəsə biləcəyi səbəbindən Kiyevə mümkün qədər çox silah göndərməyə tələsir.

Xatirə SADİQ