“Putinlə normal münasibətlərimiz olmayacaq” - Merts

Almaniya Kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin normallaşmasının mümkünlüyünü tamamilə istisna edib.

Feb 19, 2026 - 11:47
“Putinlə normal münasibətlərimiz olmayacaq” - Merts

SAVASHMEDİA.az xəbər verir ki, kansler bu barədə “Rheinpfalz” qəzetinə müsahibəsində danışıb.

“Rusiyanın hakim dairəsi yaxın gələcəkdə müharibəsiz keçinə bilməz. Ölkə hərbi fəaliyyətləri davam etdirməlidir, çünki cəbhədən qayıdan yüz minlərlə, o cümlədən ağır yaralanmış əsgərlə nə etməli olduqlarına dair planları yoxdur”, - Merts bildirib. 

Onun fikrincə, Ukraynadakı müharibənin danışıqlar yolu ilə tez bir zamanda baş çatdırılması üçün demək olar ki, şans yoxdur: “Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız tərəflərdən biri ya hərbi, ya da iqtisadi baxımdan tükəndikdə başa çatacaq”.

Aytən