Gecəki oyunların nəticələri - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Feb 19, 2026 - 02:29
Gecəki oyunların nəticələri - Çempionlar Liqası

SAVASHMEDİA.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma keçirilib.

İspaniyanın “Atletiko Madrid” klubu Belçikada “Brügge” ilə 3:3 hesablı heç-heçə edib.

İtaliya “İnter”i Norveçdə “Budo/Qlimt”ə gözlənilmədən uduzub - 1:3.

Almaniyanın “Bayer Leverkuzen” komandası isə Yunanıstanda “Olimpiakos”u 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, günün ilk oyununda “Qarabağ” doğma meydanında İngiltərənin “Nyukasl” klubuna 1:6 hesabı ilə uduzub.

Aytən