AFFA-nın sonradan sildiyi paylaşımda nə yazılmışdı? - Rüsvayçılığın FOTOSU
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Qarabağ” – “Tvente” qarşılaşmasının yekunlaşmasını gözləmədən matçın nəticəsi ilə bağlı paylaşım edib.
SAVASHMEDIA.az xəbər verir ki, AFFA-nın paylaşımında “Qarabağ”ın Niderland təmsilçisinə 1:3 hesabı ilə məğlub olduğu və guya matçın bitdiyi bildirilib.
Lakin həmin paylaşım yayımlandığı zaman qarşılaşma hələ davam edirdi. Bir neçə dəqiqə sonra isə “Tvente” daha bir qol vuraraq hesabı 1:4-ə çatdırıb.
AFFA daha sonra 1:3 hesablı nəticənin qeyd olunduğu paylaşımı silib.
Oğuz
Həmin paylaşımın fotosunu təqdim edirik: