"Evlənmək Poladın şəxsi işidir, mədəniyyətsizlik hökm sürür" - Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev jurnalistlərin Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun şəxsi həyatına göstərdiyi marağı tənqid edib.

Aug 27, 2026 - 21:50
"Evlənmək Poladın şəxsi işidir, mədəniyyətsizlik hökm sürür" - Çingiz Abdullayev

SAVASHMEDİA.az xəbər verir ki, Abdullayev paylaşımında jurnalistlərin diqqətinin sənətçinin şəxsi həyatına yönəlməsindən narazılığını ifadə edib.

“Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir”, – xalq yazıçısı bildirib.

Çingiz Abdullayev bu yanaşmanı mədəniyyətsizlik kimi qiymətləndirib.

“Tamamilə mədəniyyətsizlik hökm sürür və bu, sadəcə heyrətamizdir”, - o qeyd edib.

Aytən