Bakıda orta məktəbdə meyit tapıldı
Bakıda orta məktəbdə meyit tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə qeydə alınıb.
Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gözətçi işlədiyi orta məktəbin həyətində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.