“Qeybət qırım, veriliş baxımlı olsun? - Fərqanə Qasımova keçmiş ərindən danışdı
Əməkdar artist Fərqanə Qasımova qonaq olduğu televiziya verilişində keçmiş həyat yoldaşı ilə bağlı sualı cavablandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, o,"uşaqlarınız atası ilə ünsiyyət saxlayırlarmı?" sualına cavab vermıək istəmədiyini deyib
"Bu mövzulara çox girmək istəmirəm. Tamaşaçılara həmişə hər şey maraqlıdır. Amma düşünürəm ki, nə etmişəmsə, özüm üçün etdim. Bu gün əgər ismətimi, adımı, qadın obrazımı sənətdə, ailədə saxlamışamsa, özümə görə etmişəm. Çünki onu başqasına görə saxlasaydım, xalqın bəzi sözləri mənə pis təsir edərdi. Şərhləri oxuyuram. Bilib-bilmədikləri şeyləri yazmaq, bir insanın haqqına girməkdir. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqına girməkdir. Günaha girməsinlər. Əlbəttə onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun. Keçdiyim ömür səhifələrini burada bir anda açmaqla özümə hörmətsizlik etmiş olaram".
Qeyd edək ki, bir neçə il bundan əvvəl F.Qasımova əri Elnur Mövlamovdan, rəsmi şəkildə olmasa da, ayrılıb. Cütlüyün 4 övladı var. Elnur qayınatası Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurlayıb. O, həbs edilərək 8 il azadlıqdan məhrum edilib.
Onların 4 övladı var.
Yağmur