“Bunu bizim üçün də istəyirik” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Polşa üzərində pilotsuz uçuş aparatlarının (PUA) vurulmasında müttəfiq ölkələrin təyyarələrinin iştirakına diqqəti cəlb edib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında yazıb.
“Rusiya silahlarını vurmaq və insanların həyatını qorumaq üçün bir neçə Avropa ölkəsinin döyüş təyyarələrindən eyni vaxtda istifadə edilməsi presedenti mühümdür. Ukrayna çoxdan tərəfdaşlarına ümumi hava hücumundan müdafiə sistemi yaratmağı, döyüş aviasiyamızın və hava hücumundan müdafiə vasitələrimizin birləşmiş gücü sayəsində “Şahed”in, digər pilotsuz uçuş təyyarələrinin və raketlərin vurulmasına zəmanət verməyi təklif edir. Avropalılar daim birlikdə daha güclüdürlər”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hiss etməlidir ki, “bu gərginləşdirici addıma və xüsusən də əsas Avropa ölkələrindən birini alçaltmaq cəhdinə cavab bütün tərəfdaşların aydın və sərt cavabı olacaq”.
Xatirə SADİQ