Rusiya dronlarından biri Polşadakı evə çırpılıb - FOTO
Polşaya dron hücumundan sonra dronlardan biri Belarusla sərhədə yaxın Viriki-Volya kəndində yaşayış evinə düşüb.
SAVASHMEDİA.az bu barədə RMF24 nəşrinə istinadən xəbər verir.
Pilotsuz uçuş aparatıın yaşayış binasına çırpılması nəticəsində evin dam örtüyünə, eləcə də həyətdəki avtomobilə ziyan dəyib.
Xoşbəxtlikdən bu insident nəticəsində yanğın baş verməyib və heç kim xəsarət almayıb. Hadisə yerində yanğınsöndürən briqadası və digər xidmətlərin əməkdaşları çalışırlar.
Xatırladaq ki, sentyabrın 10-a keçən gecə Polşa hökuməti Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozduğunu təsdiqləyib və ilk dəfə onları vurmaq qərarına gəlib.
Xatirə SADİQ