“Zelenski ilə Putinin görüşü zəruridir” - Hakan Fidan
Ukrayna və Rusiya Federasiyası arasında keçirilən İstanbul görüşünü Türkiyənin xarici işlər naziri Hakan Fidan açıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Hakan Fidan bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşə ehtiyac var.
“Türkiyə sülhə töhfə verməyə hazırdır. Biz müharibəyə son qoymağa çalışırıq. Vacib göstərici İstanbulda nümayəndə heyətlərinin qəbuludur. Liderlərin görüşünün keçirilməsi zəruridir”, - deyə türkiyəli nazir vurğulayıb.
Xatirə SADIQ