"Tramp hələ təkliflərini göndərməyib, biz hazırıq" - Putinin köməkçisi

“Rusiya ABŞ prezidenti Donald Trampın komandasının nümayəndələrindən Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri hələ də almayıb”.

Jan 21, 2025 - 13:17
"Tramp hələ təkliflərini göndərməyib, biz hazırıq" - Putinin köməkçisi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

“Biz sonradan liderlərimiz arasında söhbət üçün əsas ola biləcək konkret təkliflər almağa hazırıq. Bu təmaslar zamanı biz öz mövqelərimizi təqdim edəcəyik. Trampın jurnalistlər qarşısında bu açıqlamada bulunmasını, təbii ki, biz nəzərə alırıq. Biz ciddi dialoqa hazırıq”, - Uşakov bildirib. 

Xatırladaq ki, ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan sonra Tramp jurnalistlərə Putinlə mümkün qədər tez görüşməyi planlaşdırdığını bildirib. “Zelenski müqavilə bağlamaq istəyir. Bilmirəm, Putin bunu istəyirmi? Bəlkə də istəmir. O, müqavilə bağlamalıdır. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Onların iqtisadiyyatına, inflyasiyasına baxın”, - deyə Tramp Rusiyaya meydan oxuyub.

Xatirə SADİQ