İsrail atəşkəsə razılaşdığını təsdiqlədi, amma…
Baş nazir Binyamin Netanyahunun dəftərxanası ABŞ-nin İranla ikitərəfli atəşkəs təklifi ilə İsrailin razılaşdığını təsdiqləyib.
SAVASHMEDİA.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, baş nazir kabinet üzvləri, müdafiə naziri, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “Mossad” rəhbəri ilə görüşərək ölkənin “Qalxan Aslan” əməliyyatının bütün məqsədlərinə, hətta daha çoxuna nail olduğunu çatdırıb.
“Əməliyyatın məqsədlərinə nail olmaq fonunda və prezident Trampla tam koordinasiya şəraitində İsrail ABŞ prezidentinin ikitərəfli atəşkəs təklifi ilə razılaşdı”, - deyə bəyanatda qeyd edilib.
Bununla belə, bəyanatda xəbərdarlıq edilib ki, İsrail “atəşkəsin istənilən pozulmasına qətiyyətli şəkildə cavab verəcək”.
Xatirə SADİQ