Rusiya Tranmpın bu təklifini rədd etdi - “AES etibarlı əllərdədir” 

Rusiya tərəfi Ukraynanın Zaporijye bölgəsindəki Atom Elektrik Stansiyasının (AES) təhvil verilməsi ehtimalını rədd edib.

Apr 28, 2025 - 13:29
Rusiya Tranmpın bu təklifini rədd etdi - “AES etibarlı əllərdədir” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS News telekanalına müsahibəsində deyib.
 
ABŞ və Ukraynanın Zaporojye AES-in mümkün birgə idarə olunması barədə Donald Trampın təklifinə münasibət bildirərkən Lavrov qeyd edib ki, belə təklif almayıblar. 
 
“Əgər biz bunu alsaq belə, izah edəcəyik ki, Zaporojye AES-in rəhbərliyi Rusiyanın “Rosatom” dövlət korporasiyasının tabeliyində, daim ərazidə olan və monitorinqlər aparan MAQATE əməkdaşlarının müşahidəsi altındadır.

“Ukraynanın davamlı olaraq stansiyaya hücum, Avropa və Ukraynada nüvə qəzası yaratmaq cəhdlərini saymasaq, təhlükəsizlik tələbləri tam yerinə yetirilir. AES etibarlı əllərdədir”, - deyə nazir iddia edib. 

“Bu, ABŞ-nin stansiyaya nəzarət təklifinin rədd edilməsi deməkdirmi” sualına Lavrov belə cavab verib: “Hər hansı dəyişikliyin mümkün olduğunu düşünmürəm”.

Xatirə SADİQ