Netanhayu məhkəmə qarşısında ifadə verəcək  - İsraildə

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə şahid qismində korrupsiya ilə bağlı iş üzrə məhkəmədə ifadə verəcək.

Dec 10, 2024 - 11:28
Netanhayu məhkəmə qarşısında ifadə verəcək  - İsraildə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Associated Press” (AP) məlumat yayıb.

Hadisəni “uzun prosesin əsas anı” adlandıran nəşr qeyd edib ki, bu, Netanyahunun Qəzzada müharibə apardığı və ona qarşı müharibə cinayətləri ittihamı ilə beynəlxalq həbs qərarı verildiyi bir vaxta təsadüf edir. 

Nəşr vurğulayıb ki, Netanyahu üç ayrı iş üzrə dələduzluq, etimadın pozulması və rüşvət almaq ittihamları ilə vətənində mühakimə olunur. Lakin baş nazir öz günahını inkar edir. 

“Bu, İsrail baş nazirinin cinayət işində müttəhim qismində məhkəmə qarşısına çıxması ilk dəfə olacaq. Netanyahu dəfələrlə Qəzzadakı müharibəni və təhlükəsizlik problemlərini əsas gətirərək prosesi ləngitməyə çalışıb. Hakimlər təhlükəsizliklə əlaqədar olaraq iclası Təl-Əvivdəki yeraltı məhkəmə zalına köçürərək, məhkəmənin çərşənbə axşamı davam etdirilməsinə göstəriş verib”, - nəşr vurğulayıb. 

AP xatırladıb ki, bazar ertəsi mətbuat-konfransında bu məhkəmə ilə bağlı suala Netanyahu belə cavab verib: “Səkkiz ildir həqiqəti söyləmək üçün bu günü gözləyirəm”.

Baş nazir onu da deyib ki, “əcinnə ovu”nun əleyhinədir, çünki bu, məhkəmə prosesinə cəlb olunmuş onlarla insanın həyatını məhv edib.

Baş nazir bəzi KİV-ləri onun haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

Xatirə SADİQ