"Fərman imzaladım, Rusiyanın qarşısını almaq üçün..." - Zelenski
"Yaxın günlərdə tərəfdaşlarımızla müharibəyə son qoymaq üçün lazımi addımların atılması barədə məsləhətləşmələr aparılacaq".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib .
“Mən Ukrayna nümayəndə heyətinin tərkibi haqqında fərman imzaladım və bütün müvafiq göstərişləri təsdiqlədim. Nümayəndələrimiz Ukraynanın milli maraqlarını necə qorumağı və Rusiyanın üçüncü işğalı həyata keçirməməsi, Ukraynaya növbəti zərbə endirməməsi üçün nəyin lazım olduğunu bilir, çünki o, əvvəllər xalqımıza və digər xalqlara qarşı dəfələrlə cinayətlər törədib. İndi söhbət bu və ya digər sənəddəki hər hansı bənddən qat-qat böyük bir şeydən gedir. Biz əmin olmalıyıq ki, Avropanın və dünyanın heç bir yerində insanlığa, dövlətlərə və xalqlara qarşı törədilən cinayətlərin heç bir şəkildə mükafatlandırılması və ya bağışlana bilməsi prinsipi üstünlük təşkil etməsin. Əsl sülh həmişə təminatlı təhlükəsizliyə və ədalətə əsaslanır. Və bu hiss təkcə mənim deyil, mən bilirəm ki, bu, dünyamızın milyonlarla əhalisinin hissiyyatıdır" - Zelenski bildirib.
Oğuz