"Xameneini öldürün, Şərqə günəş doğsun" - ABŞ-dən ÇAĞIRIŞ
“İranın dövlət başçılarını öldürün. Onda bütün problemlər həll olunacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qraham Abş Prezidenti Donald Trampa müraciətində bildirib.
L.Qraham qeyd edib ki, D.Tramp daha çox etirazçının ölməməsi üçün bunu tələsmədən etməlidir:
“Cənab Tramp, sizin yerinizdə olsaydım, İranda xalqı öldürən dövlət rəhbərlərini öldürərdim. Bunun üçün tələsərdim. Gözləməyə gərək yoxdur. Xameneini və digərlərini öldürün. Bunu etsəniz, sülh təmin olunacaq. Dövlət tərəfindən dəstəklənən bütün terror aktları dayandırılacaq. Hizbullah və HƏMAS yox olacaq. İsrail və Səudiyyə Ərəbistanı sülh bağlayacaq. Yaxın Şərqə yenidən Günəş doğacaq”.
Xatırladaq ki, İranda etiraz aksiyaları 15 gündür davam edir. Məlumatlara görə, etiraz aksiyaları nəticəsində 538 nəfər həyatını itirib, 11 minə yaxın etirazçı həbs edilib.
Banu