“Biz də onlara kömək edəcəyik" - Peskov Şimali Koreyaya təşəkkür etdi
“Rusiya zəruriyyət halında Koreya Xalq Demokratik Respublikasına (KXDR) hərbi yardım göstərməyə hazırdır”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kursk bölgəsində rusiyalı əsgərlərə verdiyi dəstəyin müqabilində Rusiya Şimali Koreyaya bənzər yardım göstərməyə hazırdırmı” sualına Peskov belə cavab verib: “Şübhəsiz”.
Onun sözlərinə görə, müvafiq müddəalar Rusiya ilə Şimali Koreya arasında sazişdə öz əksini tapıb. “Şimali Koreya hərbçilərinin iştirakı müqavilənin effektivliyini nümayiş etdirib”, - deyə Kremlin sözçüsü əlavə edib.
Bundan öncə Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya ordusuna və KXDR lideri Kim Çen Ina müraciətini dərc edib. O, Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində göstərdikləri köməyə görə koreyalılara təşəkkür edib.
Peskovun sözlərinə görə, Putinlə Kim Çen In arasında şəxsi təmaslar hələlik planlaşdırılmır.
Xatirə SADİQ