“ABŞ raket istehsalını çatdırmır” - Peskov sataşdı 

“ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmaq qərarı istehsalla bağlı problemlərdən xəbər verir”. 

Jul 3, 2025 - 15:05
“ABŞ raket istehsalını çatdırmır” - Peskov sataşdı 

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Sənaye, sadəcə, lazımi miqdarda raket istehsal etməyə çatışmır”, - deyə Kremlin sözçüsü iddia edib.

Bu zaman o, dünən söylədiyi “Ukraynaya nə qədər az raket gələrsə, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar” fikrini xatırladıb. 

“Biz vəziyyəti izləyirik. Görünür, sənaye, sadəcə, lazımi miqdarda raket istehsal edə bilmir, çünki yəqin ki, həm İsrailə, həm də Ukraynaya çoxlu tədarüklər olub və onlar davam edir”, - Peskov əlavə edib. 

Qeyd edək ki, ABŞ mediası Pentaqonun bəzi silah növlərinin, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin Ukraynaya tədarükünün dayandırdığını xəbər verib. Sonradan Ağ Ev də bu məlumatı təsdiqləyib. 

Xatirə SADİQ