Rusiya qəhrəmanı olan general Kursk vilayətində öldü

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, general-mayor Mixail Qudkov Kursk vilayətində ölüb. 

Jul 3, 2025 - 15:01
Rusiya qəhrəmanı olan general Kursk vilayətində öldü

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bu barədə Primorye qubernatoru Oleq Kojemyako bildirib.

O, silahdaşları ilə birlikdə zabitlik borcunu yerinə yetirərkən həlak olub. Komandirlə birgə onun sadiq yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də dünyasını dəyişib”, - deyə qubernator özünün Telegram kanalında yazıb.

Qudkovu şəxsən tanıdığını vurğulayan Kojemyako onu “ruhən güclü döyüşçü” kimi səciyyələndirib. Qubernatorun sözlərinə görə, Qudkov özünü donanmadan başqa heç yerdə təsəvvür edə bilmirdi, ona görə də Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini olduqdan sonra da “bizim dəniz piyadalarının mövqelərinə şəxsən baş çəkməyi dayandırmadı”.

“Rossiyskaya qazeta” yazıb ki, Qudkovun rəhbərlik etdiyi 155-ci briqada Kursk vilayətində hərbi əməliyyatlarda iştirak edib.

2023-cü ilin payızında o zaman polkovnik rütbəsini daşıyan Qudkov “igidliyə, qəhrəmanlığa və tabeliyində olan birləşmələrə məharətlə komandanlığına görə” Rusiya Qəhrəmanının “Qızıl Ulduz” medalı ilə təltif edilib.

Xatirə SADİQ