Quranı yandırmış azərbaycanlı ateist bu VİDEOnu çəkib canına qıydı
Sosial şəbəkələrdə kifayət qədər populyar olan ateist fəal Elxan Nəbiyevin canına qıydığı haqda məlumatlar yayılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, onun sosial şəbəkədə dostları ilə vidalaşaraq həyatına son qoyduğu bildirilir.
Xatırladaq ki, xaricdə yaşayan Elxan Nəbiyev İslam dini əleyhinə fəaliyyəti ilə seçilib. Onun müsəlmanların müqəddəs kitabı olan Quranı yandırması isə böyük etirazlara səbəb olmuşdu.
Bu səbəbdən Elxan Nəbiyevin radikal dindarlar tərəfindən təhdid edildiyi deyilir. Digər məlumata görə isə o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş və canına qıyması da bununla bağlı olub.
Oğuz
Onun ölümündən əvvəl etdiyi videomüraciəti təqdim edirik: