"Fənərbağça" yeni baş məşqçinin kimliyini RƏSMƏN AÇIQLADI
"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, klubun yeni baş məşqçisi italiyalı mütəxəssis Domeniko Tedeskodur.
"Fənərbağça" İdman Klubu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, onunla 2 illik müqavilə imzalanması nəzərdə tutulub.
Xatırladaq ki, D. Tedesko son olaraq Belçika yığmasını çalışdırıb. O, bu ilin yanvarından bəri işsiz idi.
Almaniyalı mütəxəssis daha əvvəl "Şalke", "Leyptsiq" və "Spartak"ın da başında olub.
Oğuz
Domeniko Tedesko