Mourinyo "Real Madrid"ə qayıdır? - Özü açıqladı

Joze Mourinyo gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

May 17, 2026 - 12:49
Mourinyo "Real Madrid"ə qayıdır? - Özü açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hazırda “Benfika”dan ayrılmaq niyyətində olmadığını açıqlayıb.

Mourinyo bildirib ki, klubla münasibətləri yaxşıdır və daha bir illik müqaviləsi var. O, yeni müqavilə təklifi aldığını da təsdiqləyib.

“Real”a qayıdış xəbərlərinə gəlincə isə, təcrübəli məşqçi hələlik konkret heç nə olmadığını, lakin agenti Jorje Mendeslə Madrid klubunun rəhbərliyi arasında danışıqlar aparıldığını qeyd edib.

Oğuz