“İran daha nüvə silahı yarada bilməyəcək” - Cey Di Vens

“Bir həftə əvvəl İran nüvə silahı yaratmağa çox yaxın idi. İndi İran özündəki avadanlıqla fiziki olaraq nüvə silahı istehsal etməyə qadir deyil, çünki biz onu məhv etmişik”.

Jun 24, 2025 - 11:32
“İran daha nüvə silahı yarada bilməyəcək” -  Cey Di Vens

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalının efirində deyib. 

Onun sözlərinə görə, ABŞ prezidentinin səyləri indi İranın nüvə proqramını yenidən yarada bilməyəcəyinə əmin olmağa yönəlib. 

Eyni zamanda vitse-prezident ABŞ administrasiyasının İranın yüksək zənginləşdirilmiş uranının harada olduğunu bilib-bilməməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

“Məqsəd zənginləşdirməni məhv etmək və zənginləşdirilmiş yanacağın nüvə silahına çevrilmək imkanlarını aradan qaldırmaq idi. Əgər onların 60 faizə qədər zənginləşdirilmiş uranı varsa, lakin onu 90 faiz və ya daha yüksək səviyyəyə qaldırmaq imkanları yoxdursa, deməli onların onu nüvə silahına çevirmək imkanları yoxdur”, - deyə Vens vurğulayıb.

ABŞ vitse-prezidenti həmçinin bildirib ki, İsrail və İranın zərbələri daha bir neçə saat davam edə bilər, lakin “sabah (bu gün – red.) yeni gün – 12 günlük müharibənin sonu və İranın nüvə proqramının sonu olacaq”.

Qeyd edək ki, KİV-də İranın ABŞ-nin zərbəsindən əvvəl zənginləşdirilmiş uran ehtiyatlarını nüvə mərkəzlərindən çıxardığı barədə məlumat yayılıb. 

Xatirə SADİQ