Azərbaycanlı deputatın direktor bibisi SAXLANILDI – Rüşvət alıb + VİDEO
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisi Dilara Darğallı saxlanılıb.
SAVASHMEDİA.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin rəhbəri Emzar Qaqnidze keçirdiyi brifinqdə bildirib.
Emzar Qaqnidze qeyd edib ki, Marneulidəki 4 saylı rusdilli orta məktəbin direktoru Dilara Darğallı attestatın verilməsi üçün tələb olunan imtahanlardan müvəffəqiyyətlə keçməsi müqabilində vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alarkən ifşa olunub.
DTX rəsmisi faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə istintaq aparıldığını deyib. Dilara Darğallını 6 ildən 9 ilədək həbs cəzası gözləyir.
Banu
Fotoda: Zaur Darğallı və Dilara Darğallı