Aşqabad da Moskvaya uçuşu dayandırdı
“Türkmənistan Hava Yolları” Moskvaya uçuşları bir ay müddətinə dayandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC” telekanalı məlumat yayıb.
Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə reyslərə şamil olunan məhdudiyyətlər 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək tətbiq edilib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” Aktaudakı təyyaqə qəzasının istintaqı başa çatanadək Rusiyanın on şəhərinə uzuşları dayandırdığını bəyan edib.
Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Yekaterinburqa, Birləşmiş Ərəb Əmirliklərinin “FlyDubai” aviavşirkəti Soçi və Mineralnıye Vodı, İsrail Moskvaya uzuşları dayandırıb.
Xatirə SADİQ