Putin dəfnə getməyəcək - Peskovdan açıqlama
Rusiya prezidenti Vladimir Putin Roma papası Fransiskin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, prezidentin belə planı yoxdur”, - deyə Peskov vurğulayıb.
Vatikandakı dəfn mərasimində Rusiyanı kimin təmsil edəcəyinə gəlincə, prezidentin mətbuat katibi bildirib ki, qərar hələ qəbul olunmayıb.
Xatırladaq ki, aprelin 26-da baş tutacaq dəfn mərasimində ABŞ prezidenti Donald Trampın, Fransa lideri Emmanuel Makronun və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak edəcəkləri gözlənilir.
Xatirə SADİQ