Zurab Tsereteli Tiflisdə dəfn olunacaq
Tanınmış monumental rəssam, heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli aprelin 22-nə keçən gecə 92 yaşında vəfat edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu onun köməkçisi Sergey Şaqulaşvili bildirib.
Onun sözlərinə görə, heykəltəraş aprelin 27-də Tiflisdəki Didube Panteonunda mərhum həyat yoldaşı İnessa Andronikaşvilinin məzarı yanında dəfn olunacaq.
Onunla vida mərasimi aprelin 23-də Xilaskar Məsih məbədində baş tutacaq.
Qeyd edək ki, Tsereteli 4 yanvar 1934-cü ildə Tbilisidə anadan olub. 1990-cı illərin əvvəllərində o, Moskvaya köçüb və 2003-cü ildə Rusiya vətəndaşlığını qəbul edib.
O, həyatı boyu 5 mindən çox əsər yaradıb.
Xatirə SADİQ