İlon Maska bu da icazə verildi – WP
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi DOGE-yə (Hökumətin Səmərəliliyi Departamenti) qanuni və qeyri-qanuni mühacirlərin şəxsi məlumatlarını saxlayan Ədliyyə Nazirliyinin qapalı ECAS məlumat bazasına daxil olmaq icazəsi verilib.
SAVASHMEDİA.az bu barədə “The Washington Post” (WP) qəzetinə istinadən xəbər verir.
WP yazır ki, Ədliyyə Nazirliyində çalışan təxminən altı DOGE məsləhətçisi ECAS-a daxil olmaq üçün cümə günü qurum rəhbərliyinin təsdiqini alıb.
Nazirliyin sözçüsü bu xəbərə münasibət bildirməkdən imtina edib.
Nəşr yazır ki, bu səbəbdən girişə icazənin həqiqətən verilib-verilmədiyini və ya hansı məqsədlə tələb olunduğunu dəqiqləşdirə bilməyib.
Milli İmmiqrasiya Hüquq Mərkəzinin baş hüquqşünası Linn Damiano Pirson bu xəbərlə bağlı narahatlığını ufadə edib. Onun fikrincə, DOGE-nin saxlanan məlumatlara giriş əldə etmək cəhdi həm ABŞ vətəndaşlarının, həm də xarici vətəndaşların məxfilik hüquqlarını poza bilər.
Pisonun sözlərinə görə, adətən yalnız immiqrantların özləri və ya onların rəsmi nümayəndələri üçün mövcud olan ECAS sistemindən məxfi məlumatlara daxil olmaq imkanı xüsusilə narahatedicidir.
Xatirə SADİQ