Bir oğlu və bir qızı olan məşhur aktyor “Qocalar Evi”ndə yaşayır... - FOTO + VİDEO

Türkiyənin məşhur teatr və kino aktyoru Zihni Göktayın son durumu pərəstişkarlarını dərin kədərə boğub.

Nov 28, 2025 - 13:35
Bir oğlu və bir qızı olan məşhur aktyor “Qocalar Evi”ndə yaşayır... - FOTO + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyorun “Qocalar evi”ndən fotoları yayılıb.

Məlum olub ki, 79 yaşlı aktyor Fənərbağçadakı evi söküldükdən sonra Maltəpədə “Qocalar evi”ndə yaşayır. 

Bir oğul, bir qız övladı olan aktyor 2022-ci ildə xanımı Sevinç Göktayı itirib.

Qeyd edək ki, Zihni Göktay türk teatrının canlı əfsanələrindən biridir. 1945-ci ildə İstanbulda anadan olub. Ustad sənətkar "Lüküs Hayat" operettasında oynadığı “Rıza” obrazı ilə teatrsevənlərin rəğbətini qazanıb. Göktay karyerası ərzində 22 musiqili və 10 uşaq tamaşası olmaqla 100-dən çox teatr tamaşasında çıxış edib.

“Tosun Paşa”, “Meraklı Köfteci”, “Atla Gel Şaban” “Hababam Sınıfı Merhaba”, “Hababam Sınıfı Askerde”,   “Hababam Sınıfı Üç Buçuk” filmlərində, “Avrupa Yakası”,  “Ulan İstanbul”, “Bizimkiler”, “Koçum Benim”, “Cennet Mahallesi” (Ethem obrazı) kimi seriallarda rol alıb.  

Banu

Fotolarda: Zihni Göktay