Rusiya, Çin və İran bir araya gələcək - Tehranda
Rusiya, İran və Çin nümayəndələri sabah İslam Respublikasının nüvə proqramını müzakirə etmək üçün Tehranda görüşəcəklər.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, BMT Təhlükəsizlik Şurasının sanksiyalarının qaytarılmasını nəzərdə tutan snapback mexanizmini işə salmaq üçün “Avropa üçlüyü” tərəfindən təhdidlərə diqqət yetiriləcək.
“Sabah Tehranda İran, Çin və Rusiya arasında üçtərəfli görüş keçiriləcək. Onun əsas mövzularından biri nüvə problemi, xüsusən də sanksiyaların geri qaytarılması məsələsi olacaq”, - deyə İsmail Bəqayi vurğulayıb.
Xagtırladaq ki, iyunun 20-də Cenevrədə İran və Avropa ölkələri arasında yekun danışıqlar baş tutub.
İyulun 16-da ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Vaşinqtonla nüvə sazişi üzrə danışıqların avqustun sonuna qədər bərpa olunması üçün son tarix təyin ediblər. İran bu şərtləri rədd edərsə, Avropa ölkələri İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində 2015-ci ildə ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının sanksiyalarını təzələyəcəklərini vəd edir.
Xatirə SADİQ