Sami Yusufun Türkiyədəki konsert üçün MARAQLI KULİS İSTƏYİ
Dünyaca məşhur cənubi azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf Türkiyədə konsert verəcək.
SAVASHMEDİA.az xəbər verir ki, 23 avqustda baş tutacaq konsert İstanbulda “Festival Park Yenikapı”da keçiriləcək. Məşhur müğənni bu konsertdə “Ekstazi” adlı albomunu tanıdacaq.
Konsert boyunca 1400 kvadratmetrlik nəhəng LED ekranlar ebru sənəti və Osmanlı miniatürlərini nümayiş etdirəcək.
İmadədin Nəsimi və Yunus Əmrənin misraları ilə zənginləşdirilən “Ekstazi” albomu “Ekstazi: İki dəniz arasında” konsepti ilə tanıdılacaq.
Hər zaman sadəliyi və təvazökarlığı ilə seçilən Sami Yusufun səhnə arxası istəyi də maraqla qarşılanıb. O, sadəcə çay istəyib.
Qeyd edək ki, müğənni Castin Timberleyk iyulun 30-da Türkiyədə verəcəyi konsertdə səhnə arxası üçün buzlu badam, çəyirdəksiz üzüm, ananas, banan, dilimlənmiş qarpız, alma, manqo, püstə tələb edib və temperaturun 22 dərəcə olmasını istəyib.
Avqustun 5-də Antalyada konsert verəcək Cenifer Lopez isə bir gecəsi 25 min avro olan mağara konseptli villada qalacaq. Villanın pəncərələri gülləkeçirməzdir. Lopez üçün xüsusi hazırlanmış otaqda adı və soyadının baş hərflərinin olduğu yataq üstləri və hamam xalatları olacaq.
Banu