Ukrayna-Rusiya danışıqları bu həftə baş tuta bilər – İstanbulda

Moskva və Kiyev arasında danışıqların növbəti raundunun bu həftənin sonunda İstanbulda keçiriləcəyi gözlənilir.

Jul 21, 2025 - 14:07
Ukrayna-Rusiya danışıqları bu həftə baş tuta bilər – İstanbulda

SAVASHMEDİA.az bu barədə TASS agentliyinə istuinadən xəbər verir. 

“Söhbət həftənin sonundan gedir, tarixlər dəqiqləşdirilir”, - deyə agentliyin mənbəsi bildirib.

Rusiya danışıqlar qrupuna yaxın olan başqa bir mənbə də təsdiqləyib ki, Ukrayna bu həftə Rusiyaya danışıqların yeni mərhələsini keçirməyi təklif edib.

Bundan öncə mənbə qeyd etmişdi ki, İstanbul şəhəri Rusiya-Ukrayna danışıqlarının yeri olaraq qalacaq. 

Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında videomüraciətində bildirib ki, Rusiya tərəfinin danışıqların bu həftə yeni raundunun keçirilməsi təklifini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov səsləndirib. Xatırladaq ki, Umerov müdafiə naziri olarkən İstanbuldakı son danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri idi. 

Xatirə SADİQ