“ABŞ-nin təkliflərini olduğu kimi qəbul edə bilmərik” - Sergey Ryabkov
“Rusiya Ukrayna böhranına səbəb olan əsas səbəbləri həll etmək istəyir və buna görə də ABŞ-nin təkliflərini öz maraqlarını nəzərə almadan olduğu kimi qəbul edə bilməz”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov “Mejdunarodnaya jizn” jurnalına müsahibəsində deyib.
"Biz amerikalıların təklif etdiyi modelləri və həll yollarını çox ciddi qəbul edirik, lakin biz də bütün bunları olduğu kimi qəbul edə bilmərik. Şübhəsiz ki, bizim bu mövzuya dair dərin və diqqətlə düşünülmüş kompleks prioritetlərimiz və yanaşmalarımız var. Bu, işlənib hazırlanır və hazırlanırdı, o cümlədən Ər-Riyadda amerikalılarla son danışıqlarda danışıqlar qrupumuz tərəfindən işlənib hazırlanıb”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton hazırda atəşkəsə nail olmağa çalışır, amma ABŞ tərəfindən nizamlanmaya dair gələcək baxışa hələ münaqişənin əsas səbəblərini aradan qaldırmaq daxil deyil.
Qeyd edək ki, Kreml sülh prosesinə başlamaq üçün Ukrayna qoşunlarının Ukraynaya məxsus dörd regiondan çıxarılmasını, Kiyevin NATO-ya üzv olmaqdan imtinasını, neytral statusunu, Krım, Sevastopol, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin beynəlxalq səviyyədə Rusiya torpaqları kimi tanınmasını və sanksiyaların ləğvini, xarici hərbi yardımın və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılmasını tələb edir.
Ukrayna bu şərtləri rədd edir.
Xatirə SADİQ